23 Yanvar, 2017
Pedro Aqramunt yenidən AŞPA sədri seçilib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri, ispaniyalı deputat Pedro Aqramunt yenidən - ikinci müddətə sədr seçilib. "Report" xəbər verir ki, bu barədə qərar Assambleyanın Strasburqda keçirilən qış sessiyasında qəbul edilib. P.Aqramunt ilk dəfə bu vəzifəyə 2016-cı ildə seçilərək lüksemburqlu nümayəndə Ann Brasseri əvəz edib.Daha əvvəl P.Aqramunt AŞPA-nın Azərbaycan üzrə Monitorinq Komitəsinin həmməruzəçisi olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!