23 Yanvar, 2017
Şamaxıda qardaş bacısını öldürdü

Şamaxı rayonunda dəhşətli qətl hadisəsi törədilib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında Şamaxı şəhərində qeydə alınıb. Şamaxı sakini, 1977-ci il təvəllüdlü Yolçuyev Rafael Səbrxan oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı bacısı, 1981-ci il təvəllüdlü Arzuxanova Yasəmən Səbrxan qızını boğaraq öldürüb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Qətli törədən şəxs tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!