23 Yanvar, 2017
Trampın mühafizəkar siyasəti “qara qızılın” qiymətində kəskin artımlara imkan verməyəcək-EKSPERT

"Prezident Tramp artıq 3 gündür Ağ Evdədir. ABŞ-da Tramp dövrünün başlaması dünya iqtisadiyyatına nə vəd edir? Bizim ölkəmiz üçün təbii ki, neftin və dolların dünya bazar qiymətinin necə dəyişəcəyi daha maraqlıdır. Dolların aparıcı valyutalara xüsusən də avroya qarışı məzənnəsində psixoloji səbəbələrdən müəyyən enişlər mümkün görünsə də ABŞ pulunun kəskin ucuzlaşması gündəmdə deyil. Trampın “Amerika məhsulları ABŞ-da istehsal olunsun” şüarının reallaşacağı inandırıcı deyil. Transmilli şirkətlər ucuz işçi qüvvəsinə malik olan ölkələrdən istehsallarını bahalı Amerikaya daşıyacağı ağlabatan deyil. Bu isə o deməkdir ki, dünya bazarında dolların dəyərsizləşməsinə ümid etmək sadəlövhlük olardı". Simsar.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov öz feysbuk səhifəsində yazıb.

"Neftin dünya bazar qiymətini proqnozlaşdırmaq çətin olsa da Trampın mühafizəkar siyasəti “qara qızılın” qiymətində kəskin artımlara imkan verməyəcək. Tramp seçkiqabağı kampaniyada neft idxalı ilə bağlı vədlərinə sadıq qalarsa o zaman hətta neftin dünya bazar qiymətində kəskin enişləri də mümkündür. Bütövlükdə, okeanın digər tərəfindəki reallıqları nəzərə alsaq ABŞ-ın yeni prezidentinin daxili və xarici iqtisadi siyasətdə ciddi dəyişikliklər edəcəyi inandırıcı deyil. Bununla belə, güman edilir ki, ABŞ-ın xarici iqtisadi siyasətində potensial dəyişikliklər Çin və Latın Amerikası ölkələri ilə bağlı ola bilər. Beləcə, Vaşinqton Tramp üçün deyil, Tramp Vaşinqton üçün işləyəcək"-deyə o,qeyd edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!