21 Yanvar, 2017
Xalq artistinin yeni doğulan oğlu - FOTO

Bir neçə gün əvvəl dördüncü dəfə ana olan xalq artisti Gülyanaq Məmmədova səhhəti və körpəsi haqqında danışıb. Simsar.az -ın milli.az-a istinadən xəbərinə görə, müğənni sabah evə buraxılacağını deyib:

"Allah bu gözəl paydan hamıya qismət etsin. O qədər sevinirəm ki, gözlərim yaşarır. Ana olmaq gözəl duyğudur. Qayınanam da yanımda qalır, sağ olsun ki, mənə görə Türkiyədən durub gəlib.

Sabah Allahın köməkliyi ilə körpəmizi xəstəxanadan çıxaracağıq. Təbrik yazan insanların hamısına təşəkkür edirəm".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!