21 Yanvar, 2017
Ağ Evin saytından homoseksuallarla bağlı bölmə yığışdırıldı - TRAMPIN GÖSTƏRİŞİ

ABŞ-ın yeni prezidenti Donald Tramp vəzifəsinin icrasına başlayandan sonra Ağ Evin rəsmi saytında gey və lesbiyanların təşkilatı LGBT və iqlim dəyişikliyi ilə bağlı bölmələr yığışdırılıb. LGBT-yə həsr edilmiş səhifə daha əvvəl cinsi azlıqların hüquqlarının müdafiəsinə təşəbbüslərlə bağlı nəzərdə tutulurdu. Simsar.az Virtualaz.org-a istinadən xəbər verir ki, artıq saytda, ümumiyyətlə, LGBT abbreviaturası xatırlanmır.

İqlim dəyişikliyi haqqında informasiyanın yerinə isə ölkənin energetika sektorunun yaxşılaşması ilə bağlı Donald Trampın planı təqdim edilib. Dərc edilmiş materiallara əsasən, yeni prezident Barak Obamanın təşəbbüslərinin reallaşdırması məqsədi ilə daxil edilmiş nizama salmanı ləğv etməyə hazırlaşır.

Daha əvvəl Tramp dövlət tibbi sığorta sistemi “Obamacare”nin qismən ləğvi haqqında fərman imzalayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!