21 Yanvar, 2017
Pakistandakı partlayışda 18 ölü, 50-dən çox yaralı

Pakistanda bazarda törədilən partlayış nəticəsində azı 18 nəfər ölüb, 50-dən çox insan yaralanıb. Simsar.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə ölkənin şimal-qərbində Əfqanıstanla sərhədə yaxın yerləşən Kurram əyalətinin mərkəzi şəhəri Paraçinardakı bazarlardan birində törədilib. Yerli hakmiyyət təmsilçiləri partlayıcının göyərti satılan piştaxtanın altına yerləşdirildiyini bildiriblər. Ölkənin xarici işlər naziri Çaudri Əli Xan partlayışla bağlı araşdırmanın aparılacağını söyləyib. Partlayışın məsuliyyətini hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!