20 Yanvar, 2017
Narkotik satan şəxs tutulub

Simsar.az DİN -in saytına istinadən xəbər verir ki, Balakən rayonunda xeyli miqrdarda narkotik aşkarlanıb. Balakən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qazma kənd sakinləri Şümeysət Əliyevanın və qızı İlahənin yaşadıqları evə baxış zamanı 3 kiloqram 446,27 qram marixuana aşkar edilərək götürülüb.

Həmin narkotik vasitəni (gələcəkdə satmaq məqsədi ilə) onlara satmaq üçün verən  Mahamalar kənd sakini Kamran Babayev müəyyən edilərək tutulub. Onun evinə baxış zamanı 46,93 qram marixuana da aşkar edilərək götürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!