20 Yanvar, 2017
Çay evində qumarxana aşkarlanıb - DİN

Bakıda qumarxana aşkarlanıb, saxlanılanlar var. Simsar.az DİN rəsmi saytına istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən Bakı şəhər sakinləri Kamil Mürsəliyevin və Samir Vəliyevin Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində icarə əsasında işlətdikləri çay evində “poker” kart-qumar oyunları təşkil etmələri müəyyən edilib.

Həyata keçirilən əməliyyat tədbirləri ilə ora baxış zamanı “poker” oyun kartları və pul vəsaitləri maddi sübut kimi aşkar edilərək götürülüb, K.Mürsəliyev və S.Vəliyev saxlanılıblar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!