20 Yanvar, 2017
Avtomobil piyadanı vuraraq öldürüb

Bakıda avtomobil piyadanı vuraraq öldürüb. Simsar.az DİN-in saytına istinadən xəbər verir ki, hadisə bu gün saat 01 radələrində Nərimanov rayonunun Ziya Bünyadov prospektində qeydə alınıb.

Masallı rayon sakini Ceyhun Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Ağdam rayon sakini Oqtay Gülmalıyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!