20 Yanvar, 2017
"Azərbaycanla Aİ arasında yeni sazişin imzalanmasının danışıqlarına başlanacaq" - RƏSMİ

"Azərbaycanla Avropa İttifaqı arasında yeni sazişin imzalanması üzrə danışıqlar yaxın zamanlarda başlayacaq". Simsar.az -ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

O bildirib ki, Azərbaycanın danışıqlarda iştirak edəcək nümayəndə heyətinin formalaşdırılması prosesi davam edir. Ümumdünya Ticarət Təşkilatı ilə danışıqlar prosesinə toxunan nazir müavini qeyd edib ki, bu il ərzində Cenevrədə görüşün keçirilməsi nəzərdə tutulur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!