19 Yanvar, 2017
İtaliyada hotel qar uçqunu altında qalıb

İtaliyada qar uçqunu baş verib. APA-nın “Röyters”ə istinadən verdiyi məlumata görə, nəticədə mehmanxana qar altında qalıb. Xilasedicilər bildiriblər ki, çoxlu sayda ölən var. Xilasetmə əməliyyatı nəticəsində qarın altından iki nəfəri çıxarmaq mümkün olub.

Bundan öncə yayılmış məlumatda bildirilirdi ki, hadisə yerində 30-dək meyit tapılıb. Lakin sonra bu məlumat təkzib olunub. Məlum olub ki, söhbət mehmanxanada olan müştərilərdən gedir.

Qar uçqununun güclü zəlzələnin fəsadlardan biri olduğu ehtimal edilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!