19 Yanvar, 2017
İlham Əliyev: “Azərbaycan əlavə neft hasilatını azaltmağa hazırdır”

“OPEK-ə üzv dövlətlər və kartelə daxil olmayan ölkələr tərəfindən qərar qəbul ediləcəyi halda, Azərbaycan əlavə neft hasilatını azaltmağa hazırdır”.Report“RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Davosda bildirib.Dövlət başçısı qeyd edib ki, Azərbaycan sutkalıq hasilatı 35 min barrel azaldacağına dair öhdəlik götürüb və bunu yerinə yetirəcək: “Bu istiqamətdə proses artıq başlayıb. Biz OPEK-in və OPEK daxil olmayan dövlətlərin iclaslarına dəvət olunmuşuq və iştirak etmişik. Ona görə də öhdəliklərimizi yerinə yetirəcəyik. Hələlik biz hasilatı 35 min barrel azaltmışıq. Ardına sonra baxacağıq. Əgər hasilatın ixtisarı ilə bağlı əlavə qərar qəbul edilərsə, onda təbii ki biz də onu dəstəkləyəcəyik. Çünki həmrəy olduğumuzdan bu prosesdə də gərək bütün iştirakçılar səmimi olsunlar”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!