19 Yanvar, 2017
Doğuş zamanı ana və körpə öldü

Ağcabədi rayonunda doğuş zamanı ana və körpə ölümü baş verib. Simsar.az APA-ya istinadən xəbər verir ki,Ağcabədi rayon Rəncbərlər kənd sakini, 1985-ci il təvəllüdlü Qaraşova Təzəgül Əliş qızı ötən gecə Ağcabədi  Mərkəzi Rayon Xəstəxanasının Doğum Evinə daxil olub. Doğuş zamanı əvvəlcə ana, daha sonra dünyaya gətirdiyi körpə həyatını itirib.Faktla bağlı rayon Prokurorluğunda araşdırma başlanıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!