18 Yanvar, 2017
DİN-dən itən falçı ilə bağlı AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) Ucarda itkin düşən falçı ilə bağlı məlumat yayıb.Nazirliyin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, Ucarın Qazyan kənd sakini, 1935-ci il təvəllüdlü Əliyev Xəlil Əli oğlu bu il yanvarın 6-da yaşadığı evdən xəbərsiz çıxaraq gedib, bir daha geri qayıtmayıb.Xəlil Əliyevin xarakterik əlamətləri belədir: Boyu 160 santimetr, ağ saçlı, gözlərinin rəngi mavidir.Evdən çıxan zaman əynində boz rəngli şalvar, qara rəngli qış gödəkcəsi, başında isə qara papaq olub.Onu görənlərdən və ya itkin düşmüş bu şəxs haqqında hər hansı məlumatı olanlardan DİN-in "102" Xidmətinə, həmçinin (051) 486-78-78 nömrəli mobil, eyni zamanda, (02021) 3-00-53, (02021) 3-15-85 nömrəli şəhər telefonlarına zəng edərək Ucar Rayon Polis Şöbəsinə xəbər vermələri xahiş olunur.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!