18 Yanvar, 2017
Cəlilabadda 2-ci sinif şagirdi kanala düşərək öldü

Cəlilabadda 2-ci sinif şagirdi kanalda boğulub.APA-nın cənub bürosunun verdiyi məlumata görə, Şəbiyev Vəli Ramin oğlu şəhərin yeni massiv deyilən ərazisində, evlərinin yaxınlığından keçən su kanalında batıb.İlkin ehtimala görə, uşaq oynayarkən ayağı sürüşərək kanala düşüb.Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.Hadisəni Cəlilabad Rayon Prokurorluğu araşdırır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!