18 Yanvar, 2017
Adlar və soyadlarla bağlı yeni qanun layihəsi hazırlanıb

Azərbaycanda adlar və soyadlarla bağlı yeni hazırlanmış qanun layihəsi bu sessiya parlamentdə müzakirəyə çıxarılacaq. APA-nın məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Rafael Hüseynov bildirib. O qeyd edib ki, layihəni komitə hazırlayıb: "Bu, olduqca problemli məsələdir. Nazirlər Kabinetinin qərarı kifayət etmir. Yeni layihədə bu məsələ geniş qoyulub"

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!