18 Yanvar, 2017
İtaliyada güclü zəlzələ olub

Bu gün səhər saatlarında İtaliyanın mərkəzi hissəsində güclü zəlzələ baş verib. "RaiNews24" telekanalının veridiyi məlumata görə, yeraltı təkanlar 5,4 bal gücündə qeydə alınıb. Zəlzələnin episentri Marke və Abrutsso vilayətləri arasında olub.

Yeraltı təkanlar güclü olduğundan hətta paytaxt Romanın bəzi rayonlarında da titrəyişlər hiss olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!