18 Yanvar, 2017
Mərkəzi Bankda struktur dəyişiklikləri olub

Azərbaycan Mərkəzi Bankında iki yeni bölmə yaradılıb. Bu barədə Mərkəzi Bankın saytında məlumat verilir. Məlumata görə, bankın strukturunda iqtisadi maarifləndirmə xidməti və Sumqayıt ehtiyat mərkəzi yaradılıb.

İqtisadi maarifləndirmə xidmətinin rəhbəri Ülkər Babayeva, Sumqayıt ehtiyat mərkəzinin direktoru isə Xudaverdi Lazımov təyin olunub.

Bundan başqa, Makroiqtisadi tədqiqatlar departamenti İqtisadi təhlil departamenti, İqtisadi inkişaf tədqiqatları departamenti isə Tədqiqatlar departamenti adlandırılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!