18 Yanvar, 2017
Buraxılış imtahanları ödənişsiz olacaq

Simsar.az APA-ya istiandən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) şöbə müdiri Afiqə Batıyeva IX və XI sinif üzrə buraxılış imtahanları zamanı tətbiq olunacaq yeni qaydalara həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, XI sinif üzrə I mərhələdə şagirdlərə Azərbaycan dili (rus dili) fənnindən oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə 10 açıq tipli, 10 qapalı tipli, Riyaziyyat fənnindən 10 açıq tipli, ümumilikdə 30 test tapşırığı təqdim ediləcək: "Bundan başqa, şagirdlər I mərhələdə təqdim edilmiş mövzulardan birini seçməklə könüllük əsasında esse yazmalıdırlar. II mərhələdə digər məzmun standartları üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə hər bir fənn üzrə 30, ümumilikdə 60 qapalı tipli test təqdim edilir".

A.Batıyeva qeyd edib ki, IX və XI siniflər üzrə buraxılış imtahanlarının keçirilməsi dövlət büdcəsindən maliyyələşdirilir və təhsil alanlar üçün ödənişsizdir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!