18 Yanvar, 2017
Namiq Qurban: "Elşad Mirinin dini, tovhid təsəvvürləri kökündən yanlışdır"

Tanınmış telejurnalist Namiq Qurban İctimai televiziyaya etiraz edib. Belə ki, jurnalist sözügedən televiziyada verlişlərdən birinə Dini Komitənin sədr müavini Gündüz İsmayılovla Elşad Mirinin bir yerdə çağırılmasının ciddi xəta olduğunu söyləyib. N.Qurban bunu öz facebook səhifəsində yazıb.

"Elşad Mirinin ilahiyyatçı ekspert kimi İctimai tv-nin Aktual verilişinə dəvət olunması, üstəlik, Dini Komitənin sədr müavini Gündüz İsmayılovla yanbayan oturub həmrəylikdən danışması çox ciddi xətadır!!! Əslində Gündüz İsmayılov bu sektaçı ilə verilişdə iştirakdan imtina etməli idi. Elşad Mirinin dini, tovhid təsəvvürləri kökündən yanlışdır. Çıxışları məzhəblərarası nifaq və təfriqəyə səbəb olacaq fikirlərlə doludur. Ayələri, hədisləri kefi istəyən cür təhrif edir. Bir sözlə, adam heç haqqı tanımayıb və büsbütün çaşqınlıq içindədir. Amma... Ekspert kimi efirləri dolanır və ya məqsədli şəkildə dolandırılır.

P.S. Deyəndə ki, dini camiədə də yiyəsizlik və dərəbəylikdir, üstümə hücum çəkirsiz."

Simsar.az

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!