18 Yanvar, 2017
Bakıda keçmiş məhkumdan 13 kq narkotik götürülüb

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bilgəh qəsəbə sakini, əvvəllər məhkum olunmuş Xaləddin Əliyevdən 5,532 qram marixuana götürülüb. Onun evinə baxış zamanı əlavə olaraq 8 kiloqram marixuana aşkarlanıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!