17 Yanvar, 2017
Elmar Məmmədyarov Malayziyaya gedib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Malayziyaya yola düşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, E.Məmmədyarov yanvarın 19-da Kuala-Lumpurda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının iclasına qatılacaq. Səfər zamanı nazirin ikitərəfli görüşləri gözlənilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!