17 Yanvar, 2017
Hacı Şahin Həsənli: "Dini verilişlər göstərən TV - lər çox sayda tamaşaçı cəlb etmir"

Son zamanlar "dini kanal", "dini sayt", "dini qəzet" və sair kimi fikirlər çoxalıb. Bir televiziya kanalının yaxud da hansısa media qurumunun  "dini" adı altında fəaliyyət göstərməsi nə dərəcədə doğrudur? Sualımızı ilahiyyatçı Hacı Şahin Həsənli cavablandıraraq aydınlıq gətirdi.  Onun sözlərinə görə istər xəbər saytları, istərsə də televiziya kanalları müxtəlif çeşidli mövzulara toxuna bilərlər, o cümlədən də dini mövzulara. "Təcrübə  bunu göstərir ki, insanlar geniş mövzulara toxunan KİV - lərə daha çox müraciət edirlər. Yəni , sırf dini mövzudan yazan sayt, yaxud dini verilişlər göstərən TV çox sayda oxucu, tamaşaçı cəlb etmir. Bəzi tv-lər var ki, ancaq dini mövzuları ışıqlandırır, saytlar isə ancaq dini mövzularda yazır. Düşünürəm ki, istər TV istərsə də xəbər saytlarında müxtəlif mövzulara toxunulsa daha effektli olar. Eyni zamanda, istənilən mövzuya obyektiv yanaşma varsa, bu elə dini  yanaşma hesab oluna bilər".


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!