17 Yanvar, 2017
Erməni əsgər hərbçi yoldaşını güllələyib

Erməni silahlı bölmələrində növbəti intizamsızlıq yaşanıb. Ermənistan KİV-i xəbər verir ki, sıravi əsgər Qurgen Sarkisyan əsgər yoldaşı olan kiçik çavuş tərəfindən güllələnib. Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətindən bildiriblər ki, ilkin məlumatlara görə, əsgər Q.Sarkisyan yanvarın 16-da təqribən saat 23:55-də qulluq etdiyi N saylı hərbi hissənin döyüş mövqeyində güllələnib. Q.Sarkisyanın vəziyyəti son dərəcə ağır kimi qiymətləndirilir. Silahdan istifadə qaydalarının pozulması ilə əlaqədar cinayət işi açılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!