17 Yanvar, 2017
Millət vəkilləri tətildən sonra iş başında

Azərbaycan Milli Məclisinin yaz sessiyasının komitə iclasları başlayır.

Yanvarın 18-də parlamentin Səhiyyə komitəsi və Mədəniyyət komitəsinin ayrı-ayrılıqda iclasları keçiriləcək.

Qeyd edək ki, keçən il dekabrın 30-da MM-in deputatları qış tətilinə çıxıb. Tətil yanvarın 15-də başa çatıb.

Yaz sessiyasının ilk plenar iclası fevralın 1-də olacaq. Sessiya mayın 31-dək davam edəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!