17 Yanvar, 2017
"Bakı Metropoliteni"nin 20 Yanvar Planı

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbirlər planını açıqlayıb.Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Simsar.az-a verdiyi məlumata görə, həmin gün səhər saatlarından metronun "20 Yanvar" stansiyasında qərənfillərdən ibarət kompozisiya olacaq: "Stansiyada matəm musiqisi səsləndiriləcək. Saat 12:00-da metro stansiyasında hərəkət dayanacaq, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad ediləcək və qatarlar fit verəcək".N.Paşayev bildirib ki, gün ərzində bütün stansiyalarda qərənfillər düzüləcək və matəm musiqiləri səsləndiriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!