16 Yanvar, 2017
Çexiyanın sənaye və ticarət naziri Azərbaycana gəlir

Çexiyanın sənaye və ticarət naziri Yan Mladek bu gün Azərbaycana səfər edir. Bu barədə Trend-ə Azərbaycanın Praqadakı səfirliyindən məlumat verilib.

Səfər zamanı naziri Çexiyanın bir sıra nazirlik və qurumlarının, eləcə də ölkənin iri şikətlərinin nümayəndələri müşayiət edəcək.

Səfər çərçivəsində Azərbaycan-Çexiya hökumətlərarası komisiyanın iclası və biznes-forum keçiriləcək. Bunda başqa nazirin Azərbaycan hökumət nümayəndələri ilə görüşlər keçirəcəyi planlaşdırılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!