16 Yanvar, 2017
Sirkə turşusundan zəhərlənərək xəstəxanada ölüb

Hacıqabul rayon sakini sirkə turşusundan zəhərlənərək ölüb. "Report" xəbər verir ki, yanvarın 10-da sirkə turşusu içən rayon sakini Zöhrə Məmmədova zəhərlənib. O, Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Z.Məmmədova yanvarın 14-də xəstəxanada ölüb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!