13 Yanvar, 2017
“Nutella” satışdan yığışdırılır

İtaliyanın “Ferrero” şirkətinin “Nutella” şokolad yağları xərçəng təhlükəsi səbəbindən vitrinlərdən yığışıdırılır.

Trend-in məlumatına görə, Avropa Qida Standartları Agentliyi 2016-cı ildə palma yağının digər bitki yağlarına nisbətən daha təhlükəli olduğunu bildirən hesabat açıqlamışdı.

Tərkibində palma yağı olan "Nutella" şokolad yağlarının bu məlumatdan sonra İtaliyada satışı 3 faiz azalmışdı. Son zamanlarda "Ferrero" şirkəti palma yağının təhlükəli olmaması barədə reklam çarxları yayımlasa da, İtaliyada bir sıra mağazalar "Nutella"nın satışını dayandırdıqlarını açıqlayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!