12 Yanvar, 2017
Arif Məlikovun fikirlərinə təəssüflənirik-Bəstəkarlar İttifaqı

Azərbaycan Bəstəkarlar İttifaqı xalq artisti Arif Məlikovun ittifaqın ünvanına səsləndirdiyi ittihamlara cavab verib.

Qurumun mətbuat xidmətinin rəhbəri İltifat Hacıxanoğlu APA-ya açıqlamasında bildirib ki, Azərbaycan Bəstəkarlar İttifaqının təsis etdiyi “Musiqi dünyası” jurnalında qurumun ildə iki dəfə hesabatı dərc olunur: “Arif Məlikov görkəmli bəstəkarımızdır, bizim ittifaqın hörmətli üzvüdür, SSRİ xalq artistidir. Onun ittifaq haqqında səsləndirdiyi fikirlərə təəssüf edirik. Azərbaycan Bəstəkarlar İttifaqı ölkəmizdə keçirilən bütün beynəlxaq səviyyəli tədbirlərin hazırlanmasında yaxından iştirak edir”.Qurum rəsmisi əlavə edib ki, Azərbaycan Bəstəkarlar İttifaqında 2007-ci ildən bu günədək hər il bəstəkar və ya musiqişünasların  yubileyləri, müəllif konsertləri, yeni-yeni kitabların təqdimatları, yaradıcılıq axşamları, həmçinin xatirə gecələri keçirilir: "Azərbaycan Bəstəkarlar İttifaqının həyata keçirdiyi bütün işlər barədə dövrü mətbuat vasitələrində kifayət qədər məlumatlar, məqalələr dərc olunur, o cümlədən tele-kanallarda  süjetlər və verilişlər efirə gedir”.
Qeyd edək ki, xalq artisti Arif Məlikov APA-ya müsahibəsində Bəstəkarları İttifaqını fəaliyyətsizlikdə ittiham etmişdi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!