12 Yanvar, 2017
Sərnişin avtobusu qəza törədib, xəsarət alanlar var - BAKIDA

Bakıda sərnişin avtobusu qəza törədib, xəsarət alanlar var. "Report"un xəbərinə görə, hadisə Nərimanov rayonu, Ziya Bünyadov prospektində baş verib.

Belə ki, 1984-cü il təvəllüdlü Təbriz Hüseynov idarə etdiyi 20 saylı "Daewoo" markalı avtobusla idarəetməni itirərək yol kənarındakı hasara çırpılıb. Nəticədə avtobusda olan sərnişinlər - 1994-cü il təvəllüdlü Qənirə Məmmədzadə, 1991-ci il təvəllüdlü Aişə Rəsulova və 1951-ci il təvəllüdlü Xuraman Cabbarova xəsarət alaraq təcili yardım vasitəsilə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!