11 Yanvar, 2017
Çexiya rəsmisi Azərbaycana gəlir

Çexiya Senatının sədri Milan Ştex yaxın vaxtlarda Azərbaycana səfər etməyi planlaşdırır. Bu barədə Trend-ə Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev deyib.Səfir bildirib ki, səfərin məqsədi Çexiya və Azərbaycan arasında parlamentlərarası əlaqələrin inkişafı barədə danışıqların keçirilməsi, eləcə də ikitərəfli münasibətlərin geniş spektrinin müzakirə olunmasıdır.Nəzərdə tutulan rəsmi görüşlər çərçivəsində regional əməkdaşlıq, eləcə də beynəlxalq təşkilatlar və parlament səviyyəsində əməkdaşlıq məslələri də müzkirə ediləcək.

Hazırda tərəflər səfərin vaxtının təyin edilməsi üzərində iş aparırlar.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən iki dövlət arasında ticarət dövriyyəsi 2016-cı ildə 312,02 milyon dollar təşkil edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!