25 May, 2011
Yeni "Azərbaycan tarixi" kitabı yazılır

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu tərəfindən yeni Azərbaycan tarixi kitabının yazılmasına başlanıb.

Simsar.azın məlumatına bu barədə bunu jurnalistlərə açıqlamasında institutunun direktoru Yaqub Mahmudov bildirib. 

Onun sözlərinə görə, Azərbaycan tarixinin yenidən hazırlanmasına çox böyük ehtiyac var: “Vaxtilə çapdan çıxan 3 cildik və 7 cildlik “Azərbaycan tarixi”ndə bir sıra nöqsanlar, yuxarından olan diktələr, elmin o vaxtı vəziyyəti ilə bağlı çox ciddi qüsurlar var. İrəvanın, Dərbəndin tarixi Azərbaycan tarixinə düşməyib, Borçalının, Cənubi Azərbaycanın tarixi lazımınca tədqiq olunmayıb. Bir sıra dövlətlərimizin tarixinə düzgün qiymət verilməyib. Ona görə də, Prezident Administrasiyası tərəfindən 3 cildlik Azərbaycan tarixinin yeni səpkidə hazırlanması barədə göstəriş verilib. Artıq bununla bağlı konsepsiya hazırlanıb, yaxın 5-6 ay ərzində cildlərin hazırlanmasına başlanılacaq”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!