11 Yanvar, 2017
Oğlu doğuldu, özü isə öldü

Biləsuvar rayonunda ana doğuşdan sonra ölüb.

”Report”un Aran bürosunun verdiyi məlumata görə, rayonun Zəhmətabad kənd sakini, 24 yaşlı Amidə Füzuli qızı Arzumanlı doğum şöbəsinə gətirilib.

Məlumata görə, doğuş zamanı ana oğlan uşağını dünya gətirib və doğuşdan sonra ölüb. Körpənin durumunun normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!