11 Yanvar, 2017
2 tondan çox yararsız at əti tapıldı-BİNƏQƏDİDƏ

Bakıda mənşəyi və sağlamlığına dair sənədi olmayan ət aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin Tədbirlərini Təmin edən Əlahiddə Polis Taborunun və Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən yanvarın 9-da Binəqədi rayonunun "28 May" qəsəbəsi ərazisində yerləşən "Azər ət" MMC-nin soyuducu anbarında mənşəyi və sağlamlığına dair sənədi olmayan 2 ton 115 kiloqram ət aşkar edilərək götürülüb və Dövlət Baytarlıq Nəzarəti Xidmətinin laboratoriyasına təqdim edilib.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!