25 May, 2011
"Qəbələ" Portuqaliyadan futbolçu aldı

"Naval"ın müdafiəçisi Azərbaycanda oynayacaq

"Qəbələ" ilk əcnəbi transferini reallaşdırıb. Fanat.az xəbər verir ki, bölgə klubu braziliyalı müdafiəçi transfer edib.
Belə ki, "Qəbələ" Portuqaliyanın "Naval" klubunda çıxış edən Daniel Lopes Kruzu heyətinə qatıb. Klub rəhbərliyi braziliyalı oyunçu ilə Londonda iki illik müqavilə bağlanıb.
Qeyd edək ki, 29 yaşlı Daniel Lopes Kruz Braziliyanın Salvador şəhərində dünyaya gəlib. O, 2002-2005-ci illər arasında Braziliyanın "Juventude", "Korintians-AL", CRB, "Moqi Mirim" və "Rio Branko" klublarında çıxış edib. 2005-ci ildə Polşaya gələn Daniel 1 mövsüm Varşava "Legia"sının, 1 mövsüm isə "Poqon"un şərəfini qoruyub. "Qəbələ"nin yeni transferi 2007-ci ildə vətəninə dönüb və "Koritiba", "Vitoriya", "Parana" klublarında çıxış etdikdən sonra - 2008-ci ildə yenidən Avropaya üz tutub. Bu dəfə Portuqaliyanın "Naval" klubu ilə anlaşan Kruz indiyədək bu komandada 34 oyun keçirib və 1 qola imza atıb.
Qeyd edək ki, "Qəbələ" bundan əvvəl Mahir Şükürov və Vurğun Hüseynovla müqavilə bağlamışdı.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!