11 Yanvar, 2017
Qaz kəmərində təmir-bərpa işləri başlayıb - SƏNGƏÇALDA

Səngəçalda magistral qaz kəmərində təmir-bərpa işlərinə başlanılıb. Bu barədə Simsar.az SOCAR-a istinadən məlumat verir.

Qeyd edək ki, yanvarın 10-da axşam saat 20:45 radələrində diametri 1000 millimetr olan Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində yanğın baş verib. Görülmüş tədbirlər nəticəsində yanğın lokallaşdırılaraq söndürülüb, qazın nəqli alternativ xəttə keçirilib, istehlakçıların qaz təchizatında fasilə yaranmayıb. Kəmərdə təmir-bərpa işlərinə başlanılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!