11 Yanvar, 2017
Xəstə boğazını kəsərək intihar edib - BAKIDA

Bakıda xəstəxanada intihar hadisəsi baş verib. Xəzər Rayon Prokurorluğundan “Report”a bildirilib ki, Buzovna qəsəbəsində yerləşən 7 saylı Vərəm Əleyhinə Dispanserdə müalicə olunan 53 yaşlı Anatoli Mehdiyev həmin səhiyyə müəssisəsində boğazını kəsərək intihar edib. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!