11 Yanvar, 2017
Donald Trampın andiçmə mərasiminə 200 milyon dollar xərclənəcək

ABŞ-ın yeni prezidenti Donald Trampın andiçmə mərasiminə 200 milyon dollar xərclənəcəyi gözlənilir.  "CNNTürk" xəbər verir ki, ölkənin hazırkı rəhbəri Barak Obamanın ölkə prezidenti postunu D.Trampa təhvil verməsinə hazırlıq işləri davam edir.

Məlumata görə, andiçmə mərasimi ilə əlaqədar yanvarın 20-də Vaşinqtonda Konqres binası və Ağ ev istiqamətinə gedən yollar bağlanacaq, ictimai nəqliyyatın - metro və avtobusların hərəkəti dayandırılacaq.

Qeyd edək ki, D.Tramp ABŞ-ın 45-ci prezidenti olacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!