10 Yanvar, 2017
Türkiyədə zəncirvari qəza - 23 yaralı

Türkiyənin Şanlıurfa vilayətində 10 avtomobilin iştirakı ilə iri yol-nəqliyyat hadisəsi baş verib. Trend-in Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, qəzada 23 nəfər xəsarət alıb.

Hadisə yerinə xilasedicillər cəlb olunub. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Qəzaya avtomobil yolunun buz bağlaması səbəb olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!