25 May, 2011
Mahmud Məmmədquliyev: "Bəzi məsələlər həll olunmamış qalır"

"Suallar çoxdur və görüləsi işlər qabaqdadır”

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü ilə bağlı bəzi məsələlər həll olunmamış qalır. APA-nın xəbərinə görə, bu barədə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib. “Bir neçə ölkəyə xidmət və mallar üzrə yeni təkliflər verilib. Onları təqdim edəndən sonra iyul ayında ikitərəfli danışıqlar apara bilərik”, - deyə nazir müavini vurğulayıb. 

Nazir müavini deyib ki, ÜTT-yə üzvlüklə bağlı İşçi Qrupun iclası bu ilin ikinci yarısında - oktyabr, noyabr aylarında keçirilə bilər: “Mallar və xidmətlər üzrə həm Ümumdünya Ticarət Təşkilatını, həm də Azərbaycanı razı salan hansısa birgə mövqeyə gəlinməlidir. Bundan başqa, qanunvericiliyə dəyişikliklər olmalıdır. Azərbaycanda mövcud olan ticarət rejimi təkmilləşdirilməlidir. Ona görə də suallar çoxdur və görüləsi işlər qabaqdadır”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!