10 Yanvar, 2017
Osmanlı xanədanının başçısı Nyu Yorkda dəfn edildi

Osmanlı İmperiyasının 31-ci sultanı Sultan Ədülməcidin nəticəsi, xanədanın 44-cü başçısı Osman Bəyazid Osmanoğlu Nyu Yorkda dəfn edilib.

Trend-in məlumatına görə, ABŞ-da 93 yaşında vəfat edən O.Osmanoğlunun dəfn mərasimində Osmanlı ailəsinin və türk icmasının üzvləri iştirak ediblər.

1924-cü ildə Parisdə anadan olan sonuncu xanədan başçısı uzun illər Nyu York kitabxanasında çalışıb. ABŞ-da "Mister Bəy" kimi tanınan O.Osmanoğlu 2009-cu ilin sentyabr ayında İstanbulda vəfat edən Osman Ərtoğrul Əfəndidən sonra xanədanın başçısı olmuşdu.

Osmanlı ailəsinin yeni başçısı Suriyanın paytaxtı Dəməşqdə yaşayan Dündar Əfəndi olacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!