25 May, 2011
Mübariz Mənsimov finala niyə gəlməyib?

Aziz Yıldırım: "Onun işi çıxdı, biz isə proqramı pozmadıq"

"Dostlarımın komandası oynayır deyə artıq iki ildi Azərbaycan Kubokunun finalına gəlirəm". Fanat.az xəbər verir ki, bu sözləri "İnter" - "Xəzər Lənkəran" oyununu izləyən Türkiyənin "Fənərbaxça" klubunun prezidenti Aziz Yıldırım deyib.
Tofiq Bəhramov adına Respublika stadionunda jurnalistlərə açıqlama verən Türkiyə çempionunun prezidenti futbolumuzun inkişaf etdiyini bildirtb: "Azərbaycan futbolu inkişaf edir. Yavaş-yavaş irəliyə doğru getdiyini görürük. İnşallah daha yaxşı vəziyyətə gələcək".
Aziz Yıldırım "Xəzər Lənkəran"ın fəxri prezidenti Mübariz Mənsimovun gələ bilmədiyini deyib: "O da gəlirdi. Amma bu səhər işi çıxdı deyə gələ bilmədi. Biz isə proqramı pozmayıb, Ələddin bəylə (Mübariz Mənsimovun Mənsimovun sağ əli hesab edilən Ələddin Aykaç) gəldik.
Klub prezidenti "Fənərbaxça"nın Azərbaycan klubları ilə yoldaşlıq oyunu keçirməsi ilə bağlı suala belə cavab verib: "Ola bilər. Əgər belə bir arzu, təklif olarsa, baxarıq".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!