10 Yanvar, 2017
Nəzir qutusundakı pulları oğurladı

Masallı rayonunda məscidin nəzir qutusundan oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Simsar.az- a verilən məlumata görə, Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 8-də "Şeyx Səfi" məscidinin nəzir qutusundan 110 manat pul oğurlamaqda şübhəli bilinən Seybətin kənd sakini Ağahüseyn Həbibov tutulub.

Aparılmış əməliyyat tədbirləri ilə onun 2016-cı ilin oktyabr ayından cari il yanvarın 4-dək olan müddətdə rayon ərazisindəki daha 5 məsciddən 85 manat pul və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!