10 Yanvar, 2017
58 yaşlı qadın damarlarını doğradı

Azərbaycanda daha bir intihar hadisəsi baş verib. Simsar.az  "Report”a istinadən xəbər verir ki, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsindəki evlərdən birində 1958-ci il təvəllüdlü İradə Musayeva yaşadığı evin hamam otağında damarlarını kəsərək intihar edib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, intiharın səbəbləri araşdırılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!