10 Yanvar, 2017
Şəmkirdə dəhşətli qəza: ölənlər var

Şəmkir rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunu verdiyi məlumata görə, hadisə rayonun Səməd Vurğun kəndində qeydə alınıb. “KİA” və “Toyota” markalı avtomobillərin toqquşması nəticəsində “KİA”-nın sürücüsü, rayonun Yeniabad kənd sakini Cəmşid Əhmədov və digər sürücü Əbülfət Məmmədov hadisə yerində ölüblər. Məlumata görə “Toyota” markalı avtomobil şirkətlərdən birinə məxsusdur.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!