25 May, 2011
Səfir Qafqaz Müsəlmanları İdarəsinin reaksiyasına cavab verdi

Gürcüstan Müsəlmanları İdarəsinin yaranma məqsədi nədir

“Gürcüstanda müsəlman ruhani idarəsinin yaradılması arxasında narahatlıq doğuracaq məqam yoxdur”. Bunu APA-nın sualına cavabında Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze deyib.


Gürcü diplomatın sözlərinə görə, yaradılan idarə dövlət təsisatı deyil, qeyri-hökumət təşkilatı səviyyəsində qurumdur: “Bunun dinə aidiyyəti yoxdur. Bu qurum sadəcə Gürcüstan müsəlmanlarının vəziyyətinin yaxşılaşdırılması ilə məşğul olacaq”.


T. Şaraşenidzenin fikrincə, yaradılan qurumun məram və məqsədini başqa cür yozmaq üçün heç bir əsas yoxdur. O, həmçinin qeyd edib ki, yeni təşkilat Gürcüstan xalqları arasında dostluq münasibətlərinin təmin olunması məqsədilə yaradılır: “Ölkənin digər milli icmalara münasibətdə də oxşar siyasət yeridilir”.

Qeyd edək ki, Gürcüstan Müsəlmanları İdarəsinin yaradılması Azərbaycanda narazılıqlar qarşılanıb. Qafqaz Müsəlmanları İdarəsinin buna reaksiyası isə daha sərt olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!