9 Yanvar, 2017
XİN-dən Azərbaycanın İslam hərbi koalisiyasına qoşulması xəbərinə MÜNASİBƏT

Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın İslam hərbi koalisiyasına qoşulması barədə xəbərlərə münasibət bildirib.

XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycanın xarici siyasətinin gündəliyində hələlik belə bir məsələ yoxdur."İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində sözügedən məsələ ilə əlaqədar vaxtilə müxtəlif fikirlər səsləndirilib. Hər hansı təklif irəli sürüldüyü halda, Azərbaycan tərəfindən müfəssəl şəkildə təhlil olunur", - deyə H. Hacıyev vurğulayıb.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!