9 Yanvar, 2017
Türkiyədə dollar rekord qırır

Türkiyədə ABŞ dollarının məzənnəsi  3,70 lirə səviyyəsini ötüb. Buna səbəb Türkiyədə sənaye istehsalı göstəricisinin ötən ilin noyabr ayında oktyabrla müqayisədə dəyişməməsi, illik müqayisədə isə 2,7% artım göstərməsi olub. Belə ki, iqtisadçılar illik müqayisədə sənaye istehsalının 3,6% artmasını proqnozlaşdırmışdılar. Nəticədə, Türkiyənin valyuta bazarında məzənnə 3,7071 TRY/USD səviyyəsinə çatıb. Bununla da dolların məzənnəsi bu gün, yanvarın 9-da 1,6% möhkəmlənib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!