9 Yanvar, 2017
İsrail prezidenti Gürcüstandadır

İsrail prezidenti Reuven Rivlin yanvarın 9-da Gürcüstana rəsmi səfərə gəlib.

Tbilisi beynəlxalq aeroportunda İsrail dövlətinin başçısını və onun xanımını Gürcüstanın dövlət və hökumət rəsmiləri qarşılayıblar.

Bu gün İsrail dövləti başçısının Gürcüstan prezidenti Giorgi Marqvelaşvili ilə əvvəlcə təkbətək, sonra isə geniş formatda görüşü olacaq. Prezidentlər görüşün yekununa dair mətbuata bəyanatlarla çıxış edəcəklər.

R.Revlin, həmçinin Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili və parlamentin sədri İrakli Kobaxidze ilə görüşəcək.

Yanvarın 10-da səfərin sonuncu günü isə İsrail prezidenti Gürcüstanın ərazi bütövlüyü uğrunda mübarizədə həlak olanların xatirəsinə ucaldılan abidənin önünə əklil qoyacaq.(AzərTAC)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!